00:00:00
Yazar
Admin User
04.05.2023 12:21 530 1 dəq oxuma
İdman

Türkiyəli futbolçu ilkə imza atdı

Türkiyəli futbolçu ilkə imza atdı
Bu mövsüm göstərdiyi performansla seçilən türkiyəli futbolçu Enes Ünal La Liqada ən çox oyun keçirən türk futbolçu kimi rekord qırıb.
 
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu mövsüm ispan klubu "Xetafe"nin forması ilə uğurlu çıxış edən Enes Ünal daha bir rekorda imza atıb.
 
Enes La Liqada 196-cı oyunu ilə İspaniyanın bir nömrəli liqasında ən çox oyun keçirən türkiyəli futbolçu olub.
 
Enes 195 matça çıxan Nihat Kahvecini geridə qoyub. 163 matça çıxan Arda Turan isə 3-cü yerdədir.
 
Qeyd edək ki, Nihat Kahveci 195 matçda 75 qol vurub. Enes Ünal 196 matçda "Selta Viqo"ya vurduğu qolla 52 qol vurub. Bu mövsüm 33 oyun keçirən Enes La Liqada 14 qol vurub.
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər