Türkiyəli qonaqların praktik seminarı keçirilib
III Türk Dünyası Media və İncəsənət Simpoziumunun iştirakçıları olan TRT-nin keçmiş əməkdaşı Hayri Çölaşan və rejissor-prodüser Esin Özalp Öztürk Jurnalistika fakültəsinin Tədris tele-radio studiyasının qonağı olublar.
Qonaqlar studiya ilə yaxından tanış olub və BDU TV-yə müsahibə veriblər.
Eyni zamanda studiyanın auditoriyasında tələbələrə sənədli filmin necə hazırlanması, rejissor işinin özəllikləri barədə praktik-seminar keçiblər.
İnteraktiv formada keçirilən seminarda maraqlı müzakirələr aparılıb.
Həcər Əmiraslanlı
.png)
