Türkiyənin avtomobil yolu şəbəkəsi 30.000 kilometrə çatıb
Nəqliyyat və İnfrastruktur naziri Əbdülkadir Uraloğlu bildirib ki, 2002-ci ildə 6101 kilometr olan bölünən avtomobil yollarının uzunluğu 393 faiz artaraq 30049 kilometrə çatıb. O, əlavə edib ki, "Dünyanın çevrəsinin dörddə üçünə bərabər olan bölünmüş avtomobil yolları tikməklə 30000 kilometrlik nəhəng həddi aşmışıq".
Türkiyənin nəqliyyat infrastrukturu üçün strateji əhəmiyyətli bölünmüş yol şəbəkəsində 30.000 kilometrlik hədəfi aşmağı qeyd etmək üçün təşkil edilən "30.000-ci Kilometrlik Bölünmüş Yolun Açılışı" 30 yanvar Cümə günü keçiriləcək.
TRT HABER
Arzu Poladova
