00:00:00
Yazar
Admin User
05.01.2026 16:04 35 1 dəq oxuma
Dünya

Türkiyənin F-35 proqramına qayıtması NATO üçün zəruridir

Türkiyənin F-35 proqramına qayıtması NATO üçün zəruridir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin F-35 proqramına yenidən qoşulması Vaşinqtonla münasibətlərin möhkəmlənməsinə və NATO-nun təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcək.

 

Prezident Ərdoğan gündəmlə bağlı Bloomberg-in suallarını yazılı şəkildə cavablandırıb.
O, 2025-ci ilin sentyabrında Ağ Evdə ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşə istinad edərək, Türkiyənin Rusiyadan hərbi texnika alması səbəbilə F-35 proqramından çıxarılmasını “ədalətsiz” qərar adlandırıb və bu mövzunu şəxsən Trampa çatdırdığını bildirib.

Ərdoğan qeyd edib ki, Trampın yenidən ABŞ Prezidenti olması Türkiyə ilə ABŞ arasındakı münasibətlərin daha məntiqli və konstruktiv əsaslar üzərində irəliləməsi üçün yeni bir fürsət yaradıb.


TRT Haber
Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər