Türkiyənin ilk elektrik zirehli personal daşıyıcısı E-ZPT təqdim olunub
Türkiyədə ilk dəfə elektrik mühərriki ilə təchiz edilən zirehli personal daşıyıcısı E-ZPT ictimaiyyətə təqdim edilib. Machinery and Chemical Industry Inc. (MKE) tərəfindən hazırlanaraq istehsal olunan E-ZPT üçün bütün kvalifikasiya testləri uğurla başa çatıb.
E-ZPT, MKE M113 seriyalı zirehli personal daşıyıcısının dərin modernləşdirilməsi əsasında yaradılıb. Layihə çərçivəsində platforma faktiki olaraq sıfırdan yenidən qurulub, Türk Silahlı Qüvvələrinin sahədəki real ehtiyaclarını qarşılamaq məqsədilə ən son texnologiyalarla təchiz edilib. Quru Qoşunları Komandanlığının inventarına daxil edilməsi planlaşdırılan E-ZPT yüksək sahə imkanları, səssiz hərəkət üstünlüyü və ekoloji baxımdan daha səmərəli elektrik güc sistemi ilə seçilir.
Layihə barədə danışan Anadolu Agentliyinin çəkilişi zamanı E-ZPT layihə meneceri və baş mühəndis Halil Çelik, məhsulun texniki xüsusiyyətləri, modernləşdirmə mərhələləri və kvalifikasiya prosesi ilə bağlı ətraflı məlumat verib. Çelik bildirib ki, E-ZPT Türk əsgərinin əməliyyat effektivliyini artırmaq və müasir döyüş mühitinin tələblərinə cavab vermək üçün nəzərdə tutulub.
Yeni nəsil E-ZPT, Türkiyənin müdafiə sənayesində elektrikləşdirilmiş hərbi platformalar sahəsində atdığı mühüm addımlardan biri kimi qiymətləndirilir.
TRT XƏBƏR
Ləman Mahmudlu
