00:00:00
Yazar
Lalə Qafarova
31.08.2026 22:23 74 2 dəq oxuma
Sosial

Təzə balığı necə tanımaq olar? 

Təzə balığı necə tanımaq olar?

Balıq əti sağlamlığımız üçün faydalı qidalardan sayılır. Lakin bol çeşid arasından həqiqətən təzə və keyfiyyətli olanını seçmək elə də asan məsələ deyil. Bəs keyfiyyətli balığı necə tanımaq olar və hazırda bazarlarda qiymətlər necədir? AzTV Xəbərin əməkdaşları balıq bazarından xəbər verir.

BOBSLEY...

 

TİTR: LALƏ QAFAROVA - MÜXBİR

STAND-UP: Bura balıq bazarıdır. Burdakı piştaxtaların qarşısında seçim etmək o qədər də sadə deyil. Çünki alıcılar üçün məhsulun həm qiyməti, həm də keyfiyyəti əhəmiyyətlidir. Bəs təzə balığı hansı əlamətlərinə görə seçmək olar?

 

1. SATICI

“Balığı biz bilmək üçün onun qulağına baxmaq lazımdır. Qulağı qırmızı olmalıdır balığın. Diri balıq heç. Ancaq qulağına baxmaq lazımdır. İçi qırmızı olsun, qaralmasın. Qulağı qaraldısa, o 2-3 günün balığıdır. Görürsən, bunun içi qışqırmızıdır.  Qiyməti bunun 7 manatdır. Sazanlar 10 manat. Belamur 10 manat, sudak 10 manat, forellər 12-13 manat civarında”. 

 

2. SATICI 

“Təzə balığı rəngindən, qulaqlarında görürsünüz. Köhnə olanda göyərir, sümükləri çıxır. Qulağı ağappaq olur. Qiymətlər də münasibdir. Kilosu 12 manatdır.

 

3. SATICI 

“Balıq bazarına girən özü bilgili olur. Özü bilir ki, balıq necə olur. Baxanda da görünüsündən bilirsən balıqlar ha hamsının üstünə buz tökülüb, saxlanılıb. Qiymətlər dəyişilməyib, bahalaşmayıb”. 

 

4. SATICI 

“Qulağından, ətindən bilinir. Təzə mallarımız. Qiymətlərimiz 11 manatdır. 6 manata, 7 manata, sazan var, belamur var. Hər qiymətə var”. 

 

Bəs alıcılar necə, seçim edərkən nəyə üstünlük verirlər və qiymətlər onları qane edirmi? 

 

1. ALICI 

“Təzə balığı inandığımız kimi də. Hər həftə gəlib götürürük. Təzəliyinə söz ola bilməz. 12 manat, 13 manata alırıq”. 

 

2. ALICI 

“Yoxlayırıq balığı. Bu qaradır. Əgər qipqırmızıdırsa, bu qaralıb, əlini belə basırsan, bu getməməlidir. Diri qalmalıdır. O təmiz balıq olur. Qiymətlər od kimi, çox baha”. 

 

3. ALICI 

“Baxanda bilinir təzədir. 10 manata aldım mən”. 

 

Bir sözlə, bazarda çeşid çox olsa da, əsas iş təzə məhsulu ayırd etməkdir. Bu faydalı təamdan yararlanmaq üçün qəlsəməsinin rənginə, ətinin bərkliyinə fikir verməklə yanılmamaq mümkündür.

 

LALƏ QAFAROVA, EMİN ƏHMƏDZADƏ, AZTV XƏBƏR

 

 

#necə #xəbər #baki #tanımaq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər