00:00:00
Yazar
Admin User
08.02.2026 05:39 54 1 dəq oxuma
Dünya

Takaiçi növbədənkənar seçkilər təyin etməklə öz postunu təhlükəyə atdığını bildirib

Takaiçi növbədənkənar seçkilər təyin etməklə öz postunu təhlükəyə atdığını bildirib

Yaponiyanın Baş naziri Sanae Takaiçi etiraf edib ki, parlamentin aşağı palatasına 8 fevralda keçirilən növbədənkənar seçkiləri elan etməklə öz hökumət başçısı postunu riskə atıb.

 

"İnformator.az" xəbər verir ki, Takaiçi bu barədə hakim Liberal Demokrat Partiyasının (LDP) "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində seçicilərə ünvanladığı videomüraciətində bildirib.

 

"Mən bu seçkilərə hökumət başçısı postumu ortaya qoyaraq gedirəm", - deyə o vurğulayıb. Takaiçi qeyd edib ki, sosioloji sorğuların LDP-nin inamlı qələbə qazanacağını göstərən müsbət nəticələrinə baxmayaraq, partiyasının hər bir tərəfdarı mütləq seçkilərə getməlidir.

 

"Elə hallar olub ki, namizəd təxminən yüz səs fərqi ilə uduzub. Bizim seçki sistemimizdə hər bir səs bax bu dərəcədə önəmlidir", - deyən baş nazir tərəfdarları arasında yayılan "səs verməsək də, olar" əhval-ruhiyyəsinə görə ciddi təhlükə duyduğunu etiraf edib.

 

Yaponiyada fevralın 8-də parlamentin aşağı palatasına növbədənkənar seçkilər keçirilir. Seçkilərdə 1 284 namizəd iştirak edir - onlar birmandatlı dairələrdə səsvermə yolu ilə müəyyən ediləcək 289 yer, həmçinin partiya siyahıları üzrə səsvermənin nəticələrinə görə bölüşdürüləcək 176 yer uğrunda mübarizə aparırlar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər