00:00:00
Yazar
Səadət Əlizadə
19.03.2026 20:39 19 1 dəq oxuma
Dünya

Takaiti: Yaxın Şərqdəki vəziyyətə görə dünya iqtisadiyyatına ciddi ziyan dəyəcək

Takaiti: Yaxın Şərqdəki vəziyyətə görə dünya iqtisadiyyatına ciddi ziyan dəyəcək

Yaponiyanın Baş naziri Sanae Takaiti bildirib ki, Yaxın Şərqdəki vəziyyətlə əlaqədar yaxın gələcəkdə dünya iqtisadiyyatına ciddi ziyan dəyə bilər.

 

"İnformator.az" "Sky News"a istinadən xəbər verir ki, Sanae Takaiti Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşündə əlavə edib:

 

"İranın nüvə silahının hazırlanmasına yol vermək olmaz və məhz bu səbəbdən Yaponiya Tehrana və dünya tərəfdaşlarına müraciət edir. Yaponiya İranın qonşu ölkələrə hücumu, eləcə də Hörmüz boğazını bağlaması kimi hərəkətlərini pisləyir".

 

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb, nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək rütbəli şəxslər ölüb. Buna cavab olaraq İran, İsrailə və ABŞ və onun müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi ölkələrdəki - Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Bəhreyn, İraq və Kiprdəki obyektlərə zərbələr endirir.

#baki #şərqdəki #görə #takaiti:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər