00:00:00
Yazar
Admin User
02.10.2023 05:31 306 1 dəq oxuma
Sosial

TAKSİLƏRƏ YENİ DÖVLƏT RÜSUMU

TAKSİLƏRƏ YENİ DÖVLƏT RÜSUMU

   Taksilərə yeni dövlət rüsumu tətbiq edilib. Rüsum bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi - 25 manat, Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi 250 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi 75 manat, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi 3000 manatdır.

   Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov yeni qaydaların taksi qıtlığı yaradacağını iddia edir. "Yeni qaydalara adaptasiya olana qədər Bakıda taksi qıtlığı ilə rastlaşa bilərik. Taksi qıtlığı yarandıqda isə bu bir-başa nəqliyyatın digər seqmentlərinə-metro, avtobuslara mənfi təsir göstərə bilər. Bu gün taksi saylarının vətəndaşlara görə əlçatan olması taksidən istifadəni genişləndirir. Taksi qıtlığı yarandıqda isə yük metro və avtobuslara düşəcək".

   Ekspert qıtlığın yaranma səbəbini daha geniş izah edir. "Qıtlıq ona görə yaranacaq ki, taksi fəaliyyəti ilə məşğul olmaq üçün müəyyən rüsumlar ödənilib, qaydalara əməl olunmalıdır. Bunlara bütün taksi sürücüləri əməl edə bilməyəcək. Bu işlər müəyyən vaxt tələb edir və iqtisadi cəhətdən sürücünün imkanı yaxşı olmalıdır. Həll olması müəyyən vaxt çəkəcək, taksi sayı azalacaq".

Çinarə Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər