00:00:00
Yazar
Admin User
07.07.2023 18:09 265 1 dəq oxuma
Sosial

Taksilərdə ödəniş: QƏPİK QALIĞI PROBLEMİ

Taksilərdə ödəniş: QƏPİK QALIĞI PROBLEMİ

Taksi sürücüləri ilə müştərilər arasında tez-tez müəyyən mübahisələr yaranır. Onlardan biri məhz qəpik problemi ilə bağlıdır. Yəni bəzi müştərilər gediş haqqındakı qəpiyi tam şəkildə manatla ödəyir, amma bəziləri də var ki, qəpiyi ya olduğu kimi qaytarır, ya da qalığını tələb edir.


Vətəndaşlar arasında kiçik sorğu keçirdik. Onlardan kimisi gediş haqqına uyğun məbləğinin olduğunu nəzərdə tutaraq sifariş verdiyini deyir, kimisi də artıq pul vermək məcburiyyətini görmür. Amma könüllü şəkildə qəpik yox, manat vermək istəyənlər də var.


Məsələnin özünə görə haqlı olan digər tərəfi də sürücülərdir. Onlar gedilən məsafəyə görə, gediş haqqının az olduğunu deyirlər. Üstəlik yaranan tıxacları da nəzərə alanda yanacağın boşa getməsi sürücülərə heç də sərf etmir.


Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, müştəri könüllü şəkildə qəpiyi manat kimi ödəyə bilər: "Amma heç bir sürücü müştərini buna məcbur edə bilməz. Məsələn, bəzi sürücülər buna öz narazılığını bildirərək, aşağı xidmət göstərir, yaxud pulun qalığını israrla qaytarmır. Bu, birbaşa qanun pozuntusudur. Mobil tətbiqlərdə normal gediş məsafəsinə uyğun ödənişin məbləği göstərilir. Amma hər hansı problem, məsələn tıxac yaranacağı halda gediş haqqının da artacağı, təqribi nə qədər olacağı müştəriyə bildirilə bilər. O da istəyinə uyğun ya sifariş verər, ya da imtina edər".

 

Xumar Bayramqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər