00:00:00
Yazar
Admin User
24.06.2023 11:17 236 1 dəq oxuma
Sosial

Tanınmış aktyor Adam Riçin ölüm səbəbi bəlli oldu

Tanınmış aktyor Adam Riçin ölüm səbəbi bəlli oldu

Bir zamanlar adından söz etdirməyi bacaran  “Eight is Enough” serialının uşaq ulduzu kimi tanınan Adam Riç evinin hamamında ölü tapılıb. 

 

İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, Adam Riçin ölüm səbəbi həddindən artıq fentanilin dozası ilə bağlıdır. Ekspertiza hesabatında bildirilir ki, aktyor təsadüfən opioidləri həddindən artıq dozada qəbul edib. Onun bədənində həmçinin toksik olmayan miqdarda spirt və lorazepam aşkar olunub. 

 

Riçin uzun müddətdir ki, maddə asılılığı ilə mübarizə apardığı bilinir. 1991-ci ildə o, dərman almaq üçün aptekin pəncərəsini sındırıb və həbs olunub.

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər