Tanınmış jurnalist Yalçın Əlizadə dəfn olundu
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin professoru, filologiya üzrə fəlsəfə doktoru Yalçın Əlizadə ilə vida mərasimi keçirilib.
İnformator.az xəbər verir ki, mərasimdə mərhumun yaxınları, BDU-nun Jurnalistika fakültəsinin müəllim heyəti və media nümayəndələri iştirak edib.
Professor “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Yalçın Əlizadənin 3 mərasimi 4 dekabr səhər 11:00-da Təzəpir məscidində xanımlar, 14:00-dan etibarən isə kişilər üçün təşkil olunacaq.
Həcər Əmiraslanlı
