00:00:00
Yazar
Admin User
02.10.2023 14:04 505 2 dəq oxuma
Sosial

TARİXƏ ADINI YAZAN QADINLAR

TARİXƏ ADINI YAZAN QADINLAR

Tarixə adını yazan qadınlar..

   Bəli, o həm də tarixə adını yazan qadınlar kitabının müəllifi idi. İndi isə öz ölüm tarixini yazdı yaddaşlara. 28 sentyabr 2023-cü il hər zaman anılacaq bir tarix - Qənirə Paşayevanın dünyasını dəyişdiyi tarix, bizləri tərk etdiyi tarix. Bəlkə də, tezliklə həyatdan gedəcəyi özünün də ürəyinə dammışdı. Az ömür yaşadın Qənirə, amma öz sözlərinlə desək, adam kimi yaşadın.. Bu yaşda olan bir Azərbaycanlı qadının dəfnində bu qədər millətin yığışması özü elə bir tarixdir. Arxanca gedən izdihamı yəqin ki, ruhun duydu. Kaş ki, gözlərində görsəydi, kaş ki insanların sənə verdiyi dəyəri yalnız hiss etməklə deyil, gözlərinlə görsəydin.

   Qarabağ aşiqi Qənirə, sən bütün Türk dünyası üçün, Qarabağımız üçün hər zaman mübarizə apararaq ucaldın. Sənin hər kəlamın, hər sözün bizim üçün bir əxlaq dərsidir. 3 gündür ki, həmkarların arasında yoxsan. Amma kəlamların dillərə düşüb.
,,Qənirə demişkən, adam kimi adam ol’’

,,Qənirə demişkən, bu gün varıq, sabah yox’’

,,Üzərimizdə olan hər şeyi, hətta adımızı belə özümüzlə götürməyəcəyik, sadəcə etdiyimiz gözəl əməllər qalacaq fani dünyada’’

  Eləcə də, Qarabağ aşiqi olan Qənirə, Türk dünyası aşiqi olan Qənirə, sayılıb-seçilən, özünü bütün Türk dünyasına sevdirən sevgi aşiqi.. Hamıdan ancaq bu sözləri eşidirəm. Bənzəri, təkrarı olmayan, özünəməxsus bir jurnalist peşəkarlığı var idi..

   Yəqin ki, bir millət vəkili kimi zamanla unudulacaq. Amma heç zaman unudulmayan deyimlər, atalar sözü toplusu yaratdı. Neçə gündür ağzından düşən hər kəlmə bir atalar sözü kimi dillərdə səslənir. Təəssüf ki, son dəfə BDU-da Mir Həmzə Seyid Nigari ilə bağlı tədbirdə söylədiyin arzunu həyata keçirə bilmədin... Amma sən söz vermişdin, mütləq demişdin, gələn dəfə tədbiri mütləq Seyid Mir Həmzə Nigarinin doğulduğu torpaqlarda hamımız birlikdə keçirəcəkdik. Narahat olma, Qənirə... Sən söylədiyin kimi, mütləq gedəcəklər... Amma təəssüf ki, sənsiz gedəcəklər... Əminəm ki, ilk olaraq səni yad edəcəklər... Qənirə xanımın ruhu bizimlədir, deyəcəklər...

   Sən ,,Şahzadələr şəhəri, Evliyalar şəhəri olan - Amasyanı’’ dəfələrlə ziyarət etmiş bir sevgi mələyisən. Deyirlər ki, mələklər sevdiklərini tez yanına çəkir. Bəlkə də sən də o üzdən tələsdin... Mələklərə yoldaş oldun... Bu fani dünyadan gerçək dünyaya köç etdin. Bir dəryaymışsan sən, Qənirə... 

HƏCƏR ƏMİRASLANLI

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər