Tarixdə ən böyük enerji böhranı başlayır - Dmitriyev
Qısa fasilədən sonra və Yaxın Şərqdə artan gərginlik fonunda bəşəriyyət tarixindəki ən böyük enerji böhranı yenidən başlayır.
"İnformator.az" xəbər verir ki, bunu Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev X hesabında qeyd edib.
Xüsusi nümayəndənin sözlərinə görə, enerji böhranından ən çox Avropa Birliyi (AB) və Böyük Britaniya əziyyət çəkəcək.