Taylandda yeni dinozor növünün qalıqları tapılıb
Taylandda alimlər uzunboyunlu yeni ot yeyən dinozor növünə aid fosillər aşkar ediblər. Araşdırma zamanı uzunluğu təxminən 1,78 metr olan ayaq sümüyü də daxil olmaqla 10 fosil qalıq incələnib.
“Nagatitan chaiyaphumensis” adlandırılan dinozorun 100-120 milyon il əvvəl Təbaşir dövründə yaşadığı bildirilir. Alimlərin fikrincə, bu nəhəng canlı təxminən 27 ton çəkidə və 27 metr uzunluğunda olub.
Tədqiqatçılar qeyd edib ki, bu növ Cənub-Şərqi Asiyada tapılan ən böyük uzunboyunlu dinozorlardan biridir. Araşdırmanın nəticələri University College London alimlərinin iştirakı ilə hazırlanıb və Scientific Reports jurnalında yayımlanıb.
TRT HABER
Reyhan Qulizadə