Tayvanda "Bavi" qasırğası nəticəsində 87 nəfər yaralanıb
Tayvanda "Bavi" tayfunu nəticəsində 87 nəfər xəsarət alıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, xəsarət alanların çoxu artıq xəstəxanalardan buraxılıb, ölüm və ya ciddi xəsarət halları qeydə alınmayıb.
Ada üzrə 14,2 min nəfər təxliyə edilib, onların əksəriyyəti Tayvanın şərqindəki Hualyan qəzasındadır. Bununla yanaşı, 27 minə yaxın ev təsərrüfatı işıqsız qalıb.