Tayvanda F-16 döyüş təyyarəsi qəzaya uğrayıb
Çinlə suverenlik mübahisəsi yaşayan Tayvanda F-16 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.
Tayvan Hava Qüvvələrindən verilən açıqlamaya görə, ABŞ istehsalı “F-16V” tipli döyüş təyyarəsi adanın şimal-şərqində, Hualien vilayəti sahillərində rutin təlim uçuşu zamanı dənizə düşüb.
Qəza zamanı pilot təyyarədən qaçmaq üçün kreslo atılma mexanizmini istifadə edib və xilas olub. İtkin düşmüş pilotu tapmaq üçün axtarış-xilasetmə əməliyyatı başladılıb.
Tayvanda 2022 və 2024-cü illərdə “Mirage 2000” tipli döyüş təyyarələri də qəzaya uğrayaraq dənizə düşmüş, pilotlar isə kreslo atılma mexanizmini istifadə edərək özlərini xilas ediblər.
TRT XƏBƏR
Lalə Qurbanlı
