"Təbii ki, sosial mediadan istifadə edirəm" - İlham Əliyev
"Təbii ki, sosial mediadan istifadə edirəm".
İnformator.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.
Prezident bildirib ki, övladları belə sosial şəbəkədə gördüyü məlumatları onunla paylaşırlar:
"Azərbaycanda baş verən bir çox hadisələri, mənə məruzə edilməmiş bəzi hadisələri, istər bürokratik manelər və ya bilərəkdən mənə məruzə edilməyən məsələlər olur. Nəvələrim hətta mənə müəyyən məlumatları verirlər. Övladlarım sosial mediada gördüklərini mənə deyirlər. Mən özüm də sosial medianı izləyirəm. O mənə çox yardımçı olur. Müəyyən şeylər var ki, məni də qıcıqlandırır. Digər bizim həmvətənlərimiz kimi, ədalətsizlik, bürokratiya və pis idarəçilik və digər mənfi hallar əlbəttə məni də qıcıqlandırır".
