00:00:00
Yazar
Admin User
18.09.2023 17:46 298 1 dəq oxuma
Sosial

Tədrisə qayıdış sürət qatarlarında da sıxlığı geri qaytarıb

Tədrisə qayıdış sürət qatarlarında da sıxlığı geri qaytarıb

Ötən il sürətli qatarlarla bağlı çox sayda şikayət olurdu. Xüsusilə Sumqayıt-Xırdalan- Bakı istiqaməti üzrə hərəkət edən qatarlar arası interval çox olduğuna görə sıxlığın həddindən artıq olmasından şikayətlənirdilər. Hətta bununla bağlı sosial şəbəkələrdə dəfələrlə görüntülər paylaşılırdı. Bu il isə Dəmir yolları məlumat yaydı ki, yeni tədris ili ilə bağlı hazırlıq görülüb. İntervallar azaldılıb və reysə əlavə qatarlar buraxılıb. Buna görə də hansısa sıxlıq yaşanmayacaq.

İnformator.az saytı əməkdaşı yeni tədris ilinin ilk həftəsində həmin qatarlarda müşahidə aparıb. Xırdalan Dəmir yolu stansiyasının ərazisində aparılan müşahidəyə görə sıxlıq səbəbilə bəziləri pilləkənlərdə oturur, bəziləri ayaq üstə qalmağa məcbur olur.

Mənzərə onu göstərir ki, sürət qatarlarının sayının artırılması çıxış yolu ola bilər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər