TDT-nin Qazaxıstan və Türkiyədə zirvə toplantısı keçiriləcək
Türk Dövlətləri Təşkilatının (TDT) Qazaxıstan və Türkiyədə zirvə toplantısı keçiriləcək.
"İnformator.az" "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşat Zorlu Türkiyə bürosuna bildirib.
O qeyd edib ki, hər iki toplantının bu il keçirilməsi nəzərdə tutulub:
"Əvvəlcə Türküstanda - Qazaxıstanın ev sahibliyi ilə qeyri-rəsmi dövlət başçıları zirvə toplantısı olacaq. Ardınca isə ilin sonuna doğru Türkiyənin ev sahibliyində rəsmi zirvə keçiriləcək. Ümid edirik ki, bu iki zirvədə həm birliyimiz daha da güclənəcək, həm də bölgəmizdəki xaos və müxtəlif coğrafiyalardakı qeyri-sabitliklər qarşısında Türk dünyasının necə bir əhəmiyyət daşıdığını, nümunə olduğunu birlikdə göstərəcəyik".