Tehran etirazlarla silkələnir
"Daxili işlər nazirinə etirazçıların nümayəndələri ilə dialoq yolu ilə onların qanuni tələblərini dinləmək barədə tapşırıq vermişəm".
"İnformator.az" xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian özünün X səhifəsində yazıb.
“Pul və bank sistemində islahatlar aparmaq və insanların alıcılıq qabiliyyətini qorumaq üçün fundamental tədbirlərimiz var”, - o əlavə edib.
Qeyd edək ki, bir bir neçə gündür Tehranda hökumətin iqtisadi siyasətlərinə qarşı etiraz aksiyaları keçirilir.
