Tehranda yeni partlayışlar qeydə alınıb
İranın dövlət televiziyası Tehranın cənub və qərb hissələrində yeni partlayışların baş verdiyini bildirib. Partlayışların dəqiq yeri və səbəbi barədə məlumat verilməyib.
İyunun 7-də gecə İran İsrailin şimalına raket zərbələri endirib. İsrail ordusu raketlərin zərərsizləşdirildiyini açıqlayıb. Hadisə İsrailin həmin gün Beyrut yaxınlığında Hizbullah obyektinə hücumundan sonra baş verib. İsrail bu hücumun Hizbullahın ölkənin şimalına endirdiyi zərbələrə cavab olduğunu bildirib. İranın raket hücumuna cavab olaraq isə İsrail Müdafiə Qüvvələri ötən gecə İran ərazisində bir sıra zərbələr həyata keçirib.
Tass
Ədilə Hüseynzadə