00:00:00
Yazar
Admin User
31.07.2023 11:49 302 2 dəq oxuma
Sosial

Telefonunda "Bakıkart" var?

Telefonunda "Bakıkart" var?

İctimai nəqliyyatda problemlərin aradan qaldırılması, xidmət və ödəniş probleminin həlli məqsədilə avtobuslar yenilənir, nəğd ödəniş ləğv edilir, yeni və müasir üsullar istifadəyə verilir. Artıq avtobuslarda gediş haqqını mobil telefon vasitəsilə də ödəmək mümkündür. Ödəyirikmi telefonla?


Bakıkart mobil tətbiqinin demo versiya daxil istifadəyə verildiyi gündən bir aydan çox vaxt ötüb. İstifadəsi hələ ki, genişlənməyib. Nəinki genişlənmək, sanki çoxlarının ümumiyyətlə xəbəri yoxdu. Xəbəri olanlar isə proqramın üstünlüklərini bilsələr də, istifadəsində çətinlik yaşadıqlarını deyirlər. Sürücülər mobil tətbiqdə QR kodun oxunuşunda problem yaranır, deyirlər. Ödəniş vaxtı tətbiqin gec reaksiya verməsi, yaxud internet və digər səbəblərdən problemin yaranması intervala təsir edir.
Əslində düzgün istifadə olunduğu halda üstünlükləri az deyil. Bakıkartın ən çox köməyə çatan xidmətlərindən biri gözlədiyin avtobusun harda olduğunu göstərməsidir. Amma bəzən avtobuslar xəritədə görünməz olur. Yerüstü Nəqliyyat Agentliyindən deyilir ki, 95 marşrut xətti üzrə 1100-dən artıq avtobusun hərəkətini real vaxt rejimində izləmək mümkündür. AYNA-nın mətbuat katibi Tural Orucovun sözlərinə görə, mümkün olmayan məqamlar sırf texniki səbəblərdəndir. “Bunlar ötən dövrdə nağdsız ödəniş sisteminə inteqrasiya olunan xətlərdir. Həmin məlumatlar proqram tətbiqinə Vahid Dispetçer Xidməti tərəfindən ötürülür. Qeyd etdiyiniz müntəzəm marşrut xətləri üzrə avtobuslarla bağlı məlumatların bəzi hallarda “BakıKart” proqram təminatında olmaması texniki faktorlarla bağlıdır”.
Hər halda tətbiqin üstün tərəflərini bilənlər az deyil. Rəsmi rəqəmlərə görə, artıq 200 min nəfərin mobil telefonunda proqramı görmək mümkündür. İstifadə edən, yaxud yararlana bilənlərin faiz nisbəti nə qədərdir, bu hissə daha çox tətbiqin problemsiz xidmət göstərməsindən asılıdır.

Aidə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər