00:00:00
Yazar
Admin User
12.10.2024 15:29 173 3 dəq oxuma
Media

Televiziya qarşısında duran əsas çağırışlar

Televiziya qarşısında duran əsas çağırışlar

Qlobal dünyada media texnologiyalarının sürətli inkişafı televiziyanı beynəlxalq informasiya siyasətinin bir hissəsinə çevirib. Televiziya yalnız əyləncə və məlumatlandırma vasitəsi olmaqla kifayətlənmir, eyni zamanda ölkələrin daxili və xarici siyasətlərində strateji alət kimi çıxış edir, milli mədəniyyətin, siyasi ideyaların və beynəlxalq imicin formalaşdırılmasında mühüm rol oynayır. Bundan əlavə, rəqəmsal media platformaları ilə sintezi televiziyanın əhatə dairəsini də genişləndirib.

 

 Mövzu ilə “İnnovativ Media" jurnalistlərin peşəkarlığının artırılmasına dəstək İctimi Birliyinin sədri Aynur Nəsirova  “İnformator.az”a açıqlmasında bildirib ki, rəqəmsal texnologiyaların inteqrasiyası, informasiya siyasətində televiziya kanallarının strategiyaları, televiziyanın ictimai rəyin formalaşdırılması və beynəlxalq təsir aləti kimi istifadəsi, informasiya müharibəsində rolu da xüsusi vurğulanmalıdır:

 

“Bu vasitələrlə qlobal informasiya siyasətinin mühüm elementlərindən biri olan televiziya kanalları dünya ictimaiyyətinin diqqətini mühüm məsələlərə yönəldir və siyasi gündəmi formalaşdırır. Canlı yayımlar, sosial şəbəkələrdə paylaşılan video kontentlər və interaktiv formatlar isə televiziyanın təsir dairəsini daha da genişləndirir. Dövlətlər televiziya kanallarından siyasi mesajları yaymaq, rəqib ölkələrə qarşı informasiya hücumları həyata keçirmək, beynəlxalq arenada mövqelərini gücləndirmək üçün istifadə edir. Televiziyanın bu sahədəki rolu həm müsbət, həm də mənfi reaksiya yarada bilər, belə ki, yayılan məlumatlar tez bir zamanda qlobal ictimaiyyətə çatır və ictimai rəyin formalaşmasına təsir göstərir. Məsələn, Qarabağ münaqişəsi dövründə beynəlxalq kanallarda, xüsusən Türkiyə televiziyalarında yayımlanan materialların Azərbaycanın mövqeyinin beynəlxalq aləmdə tanınmasında önəmi danılmazdır. Dövriyyədə olan dezinformasiyalar, "İran İnternational” televiziya kanalı, o cümlədən “The Telegraph” nəşri və “Kan” agentliyi Azərbaycanla bağlı məlumatların yayılması ilə məşğuldur. İsrailin guya öz əsgərlərinin Azərbaycanda qalmasına qadağa qoyduğunu iddia edərək beynəlxalq jurnalistika standartları ilə çıxış edib”.

QHT sədri əlavə edib ki, beynəlxalq televiziya kanalları dünya ictimaiyyətinin diqqətini mühüm məsələlərə yönəltmək və siyasi gündəmi formalaşdırmaqda böyük təsirə malikdir:

 

“Bu kanalların yayımladığı informasiyalar beynəlxalq səviyyədə geniş auditoriyaya çatır. BBC, CNN, Al Jazeera, France 24, Rusya Today (RT) və s. kimi kanallar yalnız əyləncə və xəbər təqdim etməklə kifayətlənmir, həm də siyasi, sosial və iqtisadi məsələlərə dair geniş analitik proqramlarla dünya ictimaiyyətinin maraq dairəsindəki məsələlərə təsir edir. Beynəlxalq televiziya kanallarının müstəqil və qərəzsiz olması onların izləyicilərə doğru və dolğun informasiya təqdim etməsinə şərait yaradır. Yayımlarında müxtəlif mövzulara dair xəbərləri təhlil edərkən bir çox ölkə və mədəniyyətin nəzər nöqtələrinin əksi onların qlobal təsirini artırır. Beynəlxalq televiziya kanalları ölkələr arasındakı diplomatik münasibətlərin inkişafında və ya pozulmasında da əhəmiyyətli rol oynaya bilər. Beynəlxalq televiziya kanallarının gündəmə gətirdiyi mövzular, yalnız həmin kanalın deyil, həm də onun yayımlandığı ölkələrin siyasi maraqlarını əks etdirir.Televiziyanın təqdim etdiyi mövzuların seçimi çox vaxt qlobal siyasi gündəmin bir hissəsi olur və müxtəlif ölkələrdə bu mövzulara dair müzakirələr yaradır. Məsələn, təbii fəlakətlər, müharibələr, iqtisadi böhranlar, insan haqları pozuntuları və s. kimi məsələlər beynəlxalq televiziya kanallarında geniş şəkildə işıqlandırılır. Siyasi krizlər və müharibələr barədə yayımlanan xəbərlər ətrafında müzakirələrin açılması ölkələrin və beynəlxalq təşkilatların qərarlarına təsir edir. Bu mövzuların təhlili və təqdimatı təkcə xəbərlərdən ibarət olmur, həm də ictimai rəyin formalaşdırılmasında, siyasətçilərin və dövlət başçılarının fəaliyyətinə təzyiq göstərilməsində mühüm vasitəyə çevrilir. Televiziya kanallarının yayımladığı mövzular, müəyyən bir dövlətin və ya beynəlxalq təşkilatın mövqeyini formalaşdıraraq, dünya ictimaiyyətinin o məsələyə yanaşmasını müəyyən edir. Yaxın Şərq, Rusiya-Ukrayna münaqişələri barədə yayımlanan xəbərlər, həmin bölgədəki dövlətlərin, beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin məsələyə olan münasibətini müəyyənləşdirir. eynəlxalq televiziya kanalları, bu cür məsələlərin işıqlandırılmasında əsas rol oynayır və qlobal ictimaiyyətin həmin mövzuya diqqətini yönəldir.

 

Televiziya kanallarının qarşısında duran əsas çağırışlar informasiya manipulyasiyası və yanlış məlumatların yayılmasıdır. Müxtəlif mədəniyyətlər və cəmiyyətlər arasında məlumat axınını təmin edən televiziya müasir informasiya diplomatiyasının əsası olan dövlətlər və beynəlxalq aktorlar arasında qarşılıqlı anlaşma və dialoq üçün mühit yaradır. Beynəlxalq media siyasətindəki dinamikaları formalaşdıraraq, qlobal ictimaiyyətin məlumatlandırılmasında, siyasi münasibətlərin gücləndirilməsində və qarşılıqlı anlaşmanın təmin edilməsində böyük rol oynayır”.

 

Vüqar Alışov

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər