00:00:00
Yazar
Admin User
12.10.2023 11:50 332 1 dəq oxuma
Sosial

TELEVİZİYA VERİLİŞLƏRİNDƏ KEYFİYYƏT YÜKSƏKDİRMİ?

TELEVİZİYA VERİLİŞLƏRİNDƏ KEYFİYYƏT YÜKSƏKDİRMİ?

Son dövrdə tamaşaçıların verilişlərlə bağlı şikayəti diqqət çəkir. Bəs auditoriya narazı olmaqda haqlıdırmı? Verilişlərdə keyfiyyət aşağıdırmı?

 

Filologiya elmləri doktoru, əməkdar jurnalist Qulu Məhərrəmli deyir ki, televiziyalarda keyfiyyət anlayışı fərqli qavranılır. Bəziləri üçün şou proqramları keyfiyyətli olduğu halda digərləri üçün isə xəbər proqramları keyfiyyətli ola bilər. "Keyfiyyət mövzu ilə bağlı deyil, verilişin keyfiyyət göstərişləri peşəkarlıqla bağlıdır. Hesab edirəm ki, televiziya üçün aktual mövzu, təqdimat, rejissor işi, forma, üslub və s. verilişin keyfiyyətinə təsir edir. Bununla yanaşı aparıcının çıxışı, dəvət edilən qonaqlar, ekspert rəyləri verilişin keyfiyyət qurucularına daxildir".

 

Q. Məhərrəmli televiziyada bir-birindən fərqli layihələrin də olduğunu vurğulayır. "Televiziyada yeni layihələr gözə dəyir, məsələn, AzTv, İTV, Real Tv kimi kanallarda olan həmin layihələr diqqəti cəlb edir".
Müsahib qeyd edir ki, "televiziya işçiləri daim axtarışda olub tamaşaçıların zövqünü nəzərə almalıdırlar. Ona görə də verilişlər aktual mövzulu, dinamik, cazibədar olsa bir o qədər maraqla qarşılanar".

 

ÇİNARƏ MURADOVA

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər