00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
28.04.2026 17:31 23 2 dəq oxuma
Media

Televiziyada uğur qazanmağın 3 sirri:ELNUR KƏRİMOV GƏNCLƏRƏ TÖVSİYƏLƏR VERDİ

Televiziyada uğur qazanmağın 3 sirri:ELNUR KƏRİMOV GƏNCLƏRƏ TÖVSİYƏLƏR VERDİ

“Yaxşı müəllim tələbədə inam yox, müəyyən mənada inamsızlıq formalaşdırmalıdır”.Bu fikirləri Teleradio Akademiyasının müdavimləri ilə görüşü zamanı Əməkdar artist, teleaparıcı Elnur Kərimov səsləndirdi. 
Onun sözlərinə görə, tələbə nə qədər az bildiyinə inansa, bir o qədər çox öyrənməyə can atar və nəticədə özündə daha möhkəm təməl formalaşdırar
.

 

Televiziyada uğur qazanmağın üç əsas xüsusiyyətindən danışan qonaq fikirlərini belə əsaslandırdı: ilk növbədə möhkəm təməl olmalıdır, insan müşahidə etməyi bacarmalı və qarşısına mütləq konkret hədəf qoymalıdır.

 


Onun sözlərinə görə, iki halda atılan addımlar uğursuzluqla nəticələnə bilər: birincisi işə sıfırdan və düzgün əsaslarla başlanılmadıqda,ikincisi isə məqsəd yalnız maddi qazanc olduqda.Birinci və İkinci Qarabağ müharibələri dövründən danışan qonaq, yaşanan tarixin jurnalistika fəaliyyəti ilə necə əlaqəli olduğunu, ən əsası isə qəhrəmanların həyat hekayələri sahəsində araşdırılaraq görüləcək çox işlər olduğu barəsində fikirlərini bölüşdü. Öz tələbəlik və televiziyaya gəlmə dövründən misallar gətirərək indiki gənclərin əsas missiyasının Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq olduğunu dedi. 

 


Sonda tələbələrə müraciət edən Elnur Kərimov bildirdi ki, sağlam və möhkəm təməl məhz kitab oxumaqla formalaşır. O, xüsusilə Azərbaycan nağıllarının oxunmasını, ən əsası isə “1001 gecə” nağılının öz səsləri ilə ucadan mütaliə edilməsini tövsiyə etdi. Qeyd etdi ki, bu üsul söz ehtiyatının zənginləşməsi və nitqin inkişafı üçün ən təsirli vasitələrdən biridir.

 


Təlim çox interaktiv keçdi. İştirakçılar aktiv şəkildə müzakirələrə qoşularaq öz fikirlərini bölüşdülər.

 

Zülfiyyə Vəliyeva 

#verdi̇ #yeni #gənclərə #gündəm #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər