00:00:00
Yazar
Admin User
04.10.2023 17:16 368 1 dəq oxuma
Sosial

TERMAL KAMERALAR NƏDİR?

TERMAL KAMERALAR NƏDİR?

Dövrümüzdə bir-birindən keyfiyyətli, işimizi asanlaşdıran texnoloji cihazlar icad olunub. Bu cihazlardan biri də öz üstün cəhətləri ilə seçilən termal kameralardır. Sözügedən kameraların üstünlükləri nələrdir? Bu barədə İnformasiya Texnologiyalar Elmləri üzrə ekspert Fərrux Rəcəbli açıqlama verib.

 

Ekspert bildirib ki, termal kameralar bütün sahələrdə istifadə edilir: "Bu kameraların ən üstün cəhəti odur ki, 7/24, bütün hava şəraitində çalışır. Hava şəraitinin, mühitin müxtəlif olması sözügedən cihazların çalışmasına heç bir təsir göstərmir. Digər kameralar termal kameralara nisbətən hava şəraitinə, işığın aydınlığına görə xüsusiyyətlərini dəyişir".

 

Fərrux Rəcəbli termal kameraların qiyməti barədə də məlumat verib: "Sıradan kamera 200-300 manatdırsa, termal kameranın qiyməti 5-6 mindən başlayır".

 

Həmsöhbətimiz termal kameraların pandemiya dövründəki fəaliyyətindən də söz açıb: "Həmin cihazlar öz aktivliyini pandemiya dövründə daha çox qaldırdı, çünki termal kameralarda belə bir xüsusiyyət var ki, yaxınlaşan cismin hərarətini ölçə bilir. Bu baxımdan pandemiya dövründə istifadəsi daha da çoxaldı. Nəticədə termal kameralar həmin dövrdə dünya üzrə öz populyarlığını artırdı".

 

Müsahibimiz deyir ki, bütün sahələrin termal kameraya ehtiyacı olsa da, xüsusilə kəsintisiz, keyfiyyətli görüntü tələb edən sahələrdə bu kameralara ehtiyac duyulur.

 

Çinarə Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər