00:00:00
Yazar
Admin User
09.01.2026 17:45 64 1 dəq oxuma
Dünya

Terrorçu qruplaşma üzvləri “yaxın saatlarda” Hələbi tərk edəcəklər

Terrorçu qruplaşma üzvləri “yaxın saatlarda” Hələbi tərk edəcəklər

Suriya ordusunun Hələb şəhər mərkəzində apardığı əməliyyatlardan sonra bir məhəllədə mühasirədə qalan YPG terrorçu qruplaşmasının üzvlərinin Fərat çayının şərqinə təxliyəsinə başlanılıb.

 

AA-nın müdafiə mənbələrinə istinadən verdiyi məlumata görə, terror təşkilatının üzvləri işğal etdikləri əraziləri “yaxın saatlarda” tərk edəcəklər. Onların Fəratın şərqinə yüngül şəxsi silahlarla keçəcəyi bildirilir.

 

Qeyd olunur ki, Hələbdəki dövlət qurumları Əşrəfiyyə və Şeyx Məqsud məhəllələrinə daxil olaraq sakinlərə xidmət göstərməyə hazırlaşır. Eyni zamanda bölgədə terrorçular tərəfindən yerləşdirilən partlayıcı maddə və minaların təmizlənməsi işləri davam edir. Təhlükəsizlik tədbirləri tamamlandıqdan sonra sakinlərin evlərinə qayıtmasına icazə veriləcəyi, bu müddətdə isə hakimiyyət orqanlarının təlimatlarına əməl etmələrinin vacibliyi vurğulanıb.

 

Bu arada, Hələbdən çıxacaq terrorçu üzvləri daşımaq üçün nəzərdə tutulan avtobusların Leramun qovşağında toplaşdığı bildirilib.

 

TRT XƏBƏR 

Ləman Mahmudlu 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər