Terrorla mübarizə rəqəmsal platformalarda da qətiyyətlə davam etdirilir: Burhanettin Duran
Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanettin Duran bildirib ki, aparılan rəqəmsal analizlər nəticəsində FETÖ ilə əlaqəli daha 1352 sosial media hesabı haqqında girişin məhdudlaşdırılması qərarı verilib. Beləliklə, bağlanan hesabların ümumi sayı 1731-ə çatıb.
Terror təşkilatlarının rəqəmsal platformalardakı fəaliyyətlərinə qarşı aparılan texniki işlərə toxunan Duran bildirib ki, 30 yanvar 2026-cı ildə ictimaiyyətlə paylaşılan məlumatlardan sonra yeni hesablar da müəyyən olunub.
O bildirib:
“İctimaiyyətlə paylaşdığımız kimi, FETÖ və FETÖ ilə əlaqəli 379 sosial media hesabı müəyyən edilmiş və həmin hesablara qarşı dərhal giriş məhdudiyyəti tədbirləri tətbiq olunub. Sonradan aparılan əlavə texniki analizlər və rəqəmsal şəbəkə araşdırmaları nəticəsində daha 1352 FETÖ ilə əlaqəli sosial media hesabı haqqında girişin məhdudlaşdırılması qərarı qəbul edilib. Beləliklə, FETÖ ilə əlaqəli bağlanan hesabların sayı 1731-ə yüksəlib”.
Aparılan analizlərin həmin rəqəmsal şəbəkələrin sistemli şəkildə dezinformasiya yaydığını, koordinasiyalı təbliğat fəaliyyəti həyata keçirdiyini və ictimai rəyi manipulyasiya etməyə yönəlik təşkilatlanmış şəkildə hərəkət etdiyini açıq şəkildə ortaya qoyduğu vurğulanıb.
TRT HABER
Reyhan Qulizadə