“Tester vasitəsilə bakterial infeksiyalar gözə keçə bilər”-Kosmetoloqdan xəbərdarlıq
Kosmetika mağazalarında müştərilərin istifadə etdiyi “tester” məhsullar gigiyenik qaydalara əməl olunmadıqda infeksiya və dəri problemləri üçün risk yarada bilər. Xüsusilə dodaq, göz və üz nahiyəsində istifadə olunan məhsulların ortaq istifadəsi sağlamlıq baxımından ciddi təhlükə yaradır.
Mövzu ilə bağlı kosmetoloq Sahilə Əbdürrəhmanova "İnformator.az”a açıqlamasında bildirib ki,bunun əleyhinəyəm və bunu heç bir yerdə təsdiqləmirəm:
“Məsələn, göz üçün tuş var. Qrip xəstəliyi və konyuktivit eyni şeydir, bakterial infeksiyadır. Bu viral infeksiya olanda dəhşətli bir hal alır.Bakterial infeksiya olan göz bir tuşu test edib yerinə qoyursa, yenidən onu növbəti bir müştəri gəlib istifadə elədikdə, birbaşa o xəstəlik onun gözünə keçə bilər. Üzdə olan bəzi bakterial infeksiya xəstəliklər fırça, süngər vasitəsilə asanlıqla keçə bilər. Birmənalı şəkildə mən mağazalarda testerin olmağının tərəfdarı deyiləm.Məsələn, tuş,dodaq boyası. Bunlar nə dərəcədə gigiyena qaydalarına riayət oluna bilər? Və hansı insan başqa bir insanın dodağına,gözünə çəkib vurduğu bir şeyi götürüb yenidən çəkə bilər? Kiminsə vurduğu tuşu təzədən öz gözünə çəkə bilər? Kirpik dibi gənələr var, asanlıqla yoluxa bilər. Bakterial konyuktivitlər çox asanlıqla o tuşlar vasitəsilə göz dən gözə keçə bilər.Risk 100%-dir. Fırçalar, tuşlar insanlar üçün risk yarada bilər. Bəzən pasiyent gəlir ki, Üzüm elə gözəl idi. Bir dənə tester elədim, ondan sonra üzüm bu hala düşdü. Normaldır. Göz həkimləri hətta deyir ki, istifadə etməyim. Məsələn, linza yerlərində neçə dəfə sterilization olunmalıdır. Gözə taxılır, qoyulur, yenə infeksiya yarada bilir. Yəni hər bir sahədə edilməlidir.Hər kəs rəngin tonunu seçib, özündə test edib alsın. Çünki gələcəkdə geri dönüşü olmayan yollara gedib çıxa bilər”.
Nuray Əliyeva