00:00:00
Yazar
Admin User
29.01.2016 07:07 805 1 dəq oxuma
İqtisadiyyat

“Texnika Bank” da bağlandı?

“Texnikabank”ın İdarə Heyətinin sədri Etibar Əliyev bankın lisenziyasının ləğv olunması ilə bağlı xəbərlərə münasibət bildirib
“Texnika Bank” da bağlandı?

“Texnikabank”ın İdarə Heyətinin sədri Etibar Əliyev bankın lisenziyasının ləğv olunması ilə bağlı xəbərlərə münasibət bildirib. 

İnformator xəbər verir ki, o, Musavat.com-a açıqlamasında Mərkəzi Bankın belə bir qərarının olduğunu təkzib edib.  Etibar Əliyev bankın bağlanması barədə qərarın artıq əməkdaşlara elan olunduğunu da təkzib edib: “Mən əməkdaşlara heç nə elan etməmişəm. Hamı iş başındadır. Bankın lisenziyasının ləğvi barədə qərar yoxdur. Belə bir qərar olsa, ona hörmətlə yanaşacağıq”.

Bankdakı mənbə isə Musavat.com-a bildirib ki, həqiqətən \"Texnikabank\"ın bağlanacağı gözlənilir. Amma Mərkəzi Bankın bu barədə qərarı rəsmən elan edilməyib. 

Qeyd edək ki, 21 dekabr devalvasiyasından sonra Azərbaycanda bankların bağlanmasına, bəzilərinin isə birləşdirilməsinə başlanılıb. İndiyədək 6 bank bağlanıb, bir neçə iri bankın isə konsolidasiyası gözlənilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər