00:00:00
Yazar
Admin User
07.09.2023 20:52 395 2 dəq oxuma
Sosial

TEXNOLOGİYA DÖVRÜNDƏ "TİBBİ KARTOÇKA"LAR

TEXNOLOGİYA DÖVRÜNDƏ "TİBBİ KARTOÇKA"LAR

  Tibbi kartoçka - Sovet dövründən qalan bu ifadə bu gün də işləkdir. Adı dilimizdə, özü ərazi poliklinikalarında. Proses ləng getsə də, elektron sistemə keçid başlayıb.

   Vətəndaşdan tələb olunan ambulator tibbi kitabça... Azyaşlı övladı olanlar üçün tibb müəssisələrində bu adı tez-tez eşidirlər. Peyvənd vurdurarkən, sağlamlıq haqqında arayış alarkən və digər tibbi proseslərdə bəzən uzun müddət poliklinika otaqlarının qarşısında qeydiyyat dəftəri axtarmaq lazım olur. Sağlamlıq məlumatlarının elektron qeydiyyatı hələlik ölkə üzrə cəmi 3 tibb müəssisəsində tətbiq edilir. Bunlar paytaxt ərazisində yerləşən 13 və 20 saylı uşaq poliklinikaları, eləcə də Binəqədidə yerləşən 25 nömrəli şəhər poliklinikasıdır. Bakı Baş Səhiyyə Mərkəzindən deyilir ki, həmin müəssisələrdə həkimlər elektron sistem üzərindən vətəndaşların həm müayinəsinin nəticələrini yazır, həm göndərişlərini edir. Yəni, vətəndaşlardan ambulator tibbi kitabça tələb olunmur. Bakı Baş Səhiyyə Mərkəzinin şöbə müdiri İradə İsmayılovanın sözlərinə görə, optik xəttin çəkilməsi demək olar ki, yekunlaşmaq üzrədir. Sadəcə poliklinikaların daxilində işlər qalıb. “Amma biz bundan ötrü hazırlıq işlərimizi görmüşük. Hazırlıq işlərimiz ondan ibarət olub ki, müəssisədə tibb işçilərinin kompyuter biliklərini təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Qeydiyyatçılarımız onsuz da elektron sistemdə işləyir. Həkim və orta tibb işçilərimizin də bu sahədə biliklərinin artırılması istiqamətində müvafiq işlər görülür. Artıq tam keçidə demək olar ki, hazır vəziyyətdəyik”.

   Mütəxəssislər isə deyir ki, səhiyyə sistemi özü ümumilikdə elektron formaya keçməlidir. Yəni respublikanın istənilən ərazi bölgüsündə səhiyyə ilə bağlı məsələlər proqram üzrə aydın şəkildə yerləşdirilməlidir. Ekspert Adil Qeybullanın sözlərinə görə, paralel olaraq ambulator tibbi kitabça da elektron formada sistemə daxil edilməlidir. “Lazım olanda, məsələn kiməsə bir orqan köçürmək, başqa məsələlər həll olanda həmin sistemlə məsələlər aydın olur. Pataistaloji müayinə, el arasında materialın əkilməsi deyirik, yəni o mikroskop altında baxılaraq diaqnoz qoyulur. Ona qoyulan diaqnoza həmin həkim məsuliyyət daşıyır. Onun altına imza qoyur və möhür vurur. Bu sənədlər xəstənin xəstəlik tarixçəsinə və yaxud da ambulator kartasında təsbit olunmalıdır. Onunla yanaşı onun elektron variantları da skaner olunmuş şəkildə, və s kompyuterin yaddaşında qala bilər”.

   Tam elektron sistem tətbiq olunana qədər hələ bir müddət də həkimlər pasiyentlərin müayinəsinin nəticələrini ambulator tibbi kitabçada qeyd edəcəklər. Təbii ki, burda əziyyət, eyni zamanda məsuliyyət həm də tibb işçilərinin üzərinə düşür.

AİDƏ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər