00:00:00
Yazar
Admin User
03.02.2026 18:27 70 1 dəq oxuma
İdman

"Teymur Rəcəbovun klassik şahmat məsələsini qabartması təsadüfi deyil"

"Teymur Rəcəbovun klassik şahmat məsələsini qabartması təsadüfi deyil"

"Qrossmeysterimiz, sadəcə, bunu bəhanə edir, yəni yarışda iştirak etmək istəmir. Rapid və blits yarışlarına köklənməsi onun klassik yarışlarda iştirak etmək niyyətindən kənara çıxması demək deyil".

 

Bu sözləri "İnformator.az"a açıqlamasında idman eksperti Kənan Məstəliyev deyib.

 

Ekspertin sözlərinə görə, Rəcəbov klassik şahmat oynayır və oynamağa da məcburdur :

 

"Rəcəbov klassik şahmat oynayır və o bunu oynamağa da məcburdur. Mən düşünmürəm ki, Azərbaycan Şahmat Federasiyası hansısa dəyişikliyə getsin. Federasiyanın özünün qayda-qanunları var. Əgər rapid və blits yarışları olarsa, Teymur Rəcəbov özü gəlib iştirak edər. Onun iştirak etməyi isə Azərbaycan şahmatına daha müsbət təsir göstərərdi",-deyə o, fikirlərini yekunlaşdırıb. 

 

Amin  Cavayev 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər