00:00:00
Yazar
Admin User
23.01.2015 12:54 404 1 dəq oxuma
Sosial

“The Hill” qəzeti: Azərbaycan tolerantlıq və multikulturalizm ölkəsidir

Arye Qutun “Azərbaycan tolerantlıq və multikulturalizm ölkəsidir” başlıqlı məqaləsi Amerika mətbuatında dərc edilib
“The Hill” qəzeti: Azərbaycan tolerantlıq və multikulturalizm ölkəsidir

Amerikada çıxan “The Hill” qəzetində beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qutun “Azərbaycan tolerantlıq və multikulturalizm ölkəsidir” sərlövhəli məqaləsi dərc edilib.

Müəllif yazır ki, Azərbaycanda dini tolerantlıq barədə çox danışırlar. ABŞ-ın dünya ölkələrində dini etiqad azadlığı üzrə komissiyası isə, məlum olmayan səbəblərə görə, Azərbaycanda və Qazaxıstanda dini etiqadla bağlı vəziyyətdən narahatdır.

Arye Qut vurğulayır: “Qəribədir, bu komissiyanın analitikləri israr edirlər ki, dövlətlər radikal dini ekstremistlər və radikal ideologiyalar üçün maneələr yaratmamalıdırlar”.

Azərbaycanda doğulmuş və hazırda İsrail vətəndaşı olan müəllif bu məqalədə daha sonra Azərbaycanda müsəlmanların və yəhudilərin nümunəvi birgəyaşayışından söhbət açır. O qeyd edir ki, Azərbaycan rəhbərliyi ölkənin yəhudi icmasını dəstəkləyir. Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə iki sinaqoq və Cənubi Qafqazda ən iri yəhudi təhsil mərkəzi inşa edilib. A.Qut yazır ki, regionda ilk yəhudi muzeyinin inşası da planlaşdırılır.

Arye Qut sonda yazır ki, Azərbaycanda yəhudilərin azadlığına və tolerantlığına göstərilən qayğı sayəsində Prezident İlham Əliyev İsrail cəmiyyətində haqlı olaraq dərin hörmət qazanıb.

Məqalə ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:
http://thehill.com/blogs/congress-blog/foreign-policy/230293-azerbaijan-tolerance-and-multiculturalism


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər