Təhlükəli peşə: ciddi zədələr, travmalar
Döyüş filimlərindən ilhamlanaraq idmanın müxtəlif növlərinə maraq göstərənlər az olmayıb. Hətta yaxşı döyüşdüyü üçün həmin obraza bənzəmək istəyən uşaqlar da var.
Döyüş səhnələri filmlərə xüsusi maraq qatır. Filimlərdə icra edilən çətin hərəkətlər və müxtəlif imitasiyalara isə kaskadyorluq deyilir. İdmanla incəsənətin birləşdiyi bu sahə təhlükəli oldğu qədər də maraqlıdır. Sain Fərmanlı artıq 8 ildir ki, kaskadyor kimi filimlərdə çəkilir. O deyir ki, bu sahə ilə məşğul olmaq üçün idmançı olmaq əsas tələblərdən biridir. “İncəsənətlə qarışan bu sahədən tarixi və döyüş filimlərində geniş istifadə edilir. Kaskadyorlar fiziki cəhətdən hazırlıqlı olmalı və səbrlə davranmalıdır. Bu işin nə qədər təhlükəli olmasından xəbər verir”. Qəhrəmanımız deyir ki, ölkəmizdə film sektoru bir o qədər inkişaf etmədiyindən daha çox xarici filmlərdə çəkilirlər. “Yaxşını pisdən ayıra bilən yerli tamaşaçılar kaskadyorların iştirakı ilə çəkilən fraqmentləri böyük maraq və heyarnlıqla izləyirlər. Lakin filmdə göstərilən tryuklar göründüyü qədər asand başa gəlmir. Bəzən kadr arxasında maraqlı hadisələr də yaşanır”.
Atrabatika ilə məşğul olan Zahir isə kiçik fraqmentdə çəkilərək bu peşədə ilk addımlarını atıb. Dostunun ona təklif etdiyi obrazı canlandırdıqdan sonra bu işə marağı daha da artıb. Peşəkar kaskadyorların dediklərindən də göründüyü kimi bu iş çox təhlükəlidir. Ciddi zədələr və travmalara səbəb olacaq qədər çətin bir o qədər də məsuliyyətli peşədir. Film izləyən zaman zöqümüzü oxşayan çətin kadrlar heç də asan yaranmır.
Qasım
