Təhlükəli proqnoz: 2050-ci ildə şəkərli diabet xəstə sayı 1,3 milyardı ötəcək
Amerika Birləşmiş Ştatlarında aparılan bir araşdırmaya görə, 2050-ci ilə qədər şəkərli diabet xəstə sayı iki dəfə artaraq 1,3 milyarda çatacaq.
İnformator.az CNN-ə istinadən xəbər verir ki, BMT-nin proqnozlarına görə, 2050-ci ilə qədər dünya əhalisi təxminən 9,8 milyard nəfər olacaq. Bu proqnoz hər yeddi və ya səkkiz nəfərdən birinin 2050-ci ildə şəkərli diabetdən əziyyət çəkəcəyi deməkdir.
Sözügedən tədqiqatın nəticələrinə görə, yaxın 30 ildə heç bir ölkədə şəkərli diabet səviyyəsinin aşağı düşəcəyi gözlənilmir. Araşdırmanın müəllifləri bildiriblər ki, xəstəliyin əsasını təşkil edən ikinci tip diabetdə diaqnoz tez qoyularsa, qarşsını almaq mümkün ola bilər.
Qeyd edək ki, ən son statistikalara görə Azərbaycanda da şəkərli diabet xəstələrinin sayında artım müşahidə olunur. Əgər 2017-ci ildə dövlət qeydiyyatında olan xəstə sayı 243 min nəfər idisə, ötən il bu rəqəm təxminən 300 min təşkil edib.
