“Threads” niyə gözləntiləri doğrultmadı?
İyul ayının əvvəllərində “Meta” şirkəti “Threads” sosial şəbəkəsini istifadəyə verdi. Şəbəkə o dərəcə marağa səbəb oldu ki, ilk 7 saat ərzində 10 milyon istifadəçi topladı. Amma son həftələr şəbəkənin aktivliyində ciddi azalma müşahidə olunur.
Sosial media üzrə ekspert Samir Mehdiyev deyir ki, geriləmənin səbəbi hazırda istifadəçilərə çox funksiyaların verilməməsidir. Müəyyənləşdirilən funksiyalar digər sosial şəbəkələrdə də olduğundan “Threads” insanlara maraqsız, sıxıcı gəlir.
Bundan əlavə, “Threads” sosial şəbəkəsində şəxsi mesaj qutusu, bağlı profil kimi funksiyalar da yoxdur. Bütün bu kimi səbəblər istifadəçilərin də azalmasına səbəb olur. Ekspert qeyd edir ki, yaxın müddətdə bu xüsusiyyətlərin “Threads”ə əlavə olunması gözlənilir.
Qeyd edək ki, son günlərin statistikası “Threads” sosial şəbəkəsində təqribi 70% geriləmə olduğunu göstərir.
Nəzrin Malik
