Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən 3 günlük seminar başa çatdı
Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqənin “müəllimlərin peşəkarlığının yüksəldilməsi" mövzusunun qalibi Mingəçevir 18 saylı məktəbin müəlliməsi Gülü Alməmmədova olub.
Bununla bağlı Mingəçevirdə 4 gün 30 müəllimin iştirakı ilə seminar keçirilib. Bu gün seminara yekun vurulub.
Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.
Seminarda müəllimlərin şəxsi keyfiyyətlərindən, kurikulumda çatmayan cəhətlər, şagirdlərin dərsi qavramadan dərsi internetdən köçürüb yazmalarından, müəllimlərin şagirdlərə yanaşma tərzindən, mütəmadi olaraq müəllimlər üçün kursların təşkil olunması, cəmiyyətə sağlam şagird yetişdirmək və təhsildə çatışmayan bir çox məsələləri qabardıblar. Təlim-tərbiyə prosesində şagirdlərin qiymətləndirilməsi əsas şərtlərdən biridir deyən müəllimlər bu mövzuya aid geniş müzakirələr aparıblar.
Seminarda çıxış edən müəllimə Mələk Mustafayeva bildirib ki, ölkəmizin iqtisadiyyatı gücləndikcə, bütün sahələrdə olduğu kimi, təhsil sahəsinə yönəldilən dövlət vəsaiti də ildən-ilə artır, Azərbaycan təhsili də bu gün öz inkişafının mühüm bir mərhələsini yaşamaqdadır.
İngili dili müəlliməsi Zeelyxa İsmayılova qeyd edib ki, yeni təlim metodundan istifadə zamanı şagirdlər digər təlimdən fərqli olaraq fəal olurlar. Bu metodları ustifadə edərkən özününkiləşdirməliyik, kor-koranə təhsil formasını istifadə etmək müsbət nəticələr gətirməz.
Tarix müəlliməsi Samirə Sultanova deyib ki, peşəkar müəllim hər zaman öz bacarığını ortaya qoyur. Zamanın tələbi ilə müəllimlər texnoloji vasitələrdən geniş istifadə etməli, bununla əkaqədar təlim və seminarlards iştirak etməlidir. Bu səbəbdən fə belə tədbirlərin keçirilməsi təqdirəlayiqdir.
Coğrafiya müəlliməsi İlahə Cəfərova və ibtidai sinif müəlliməsi Təranə müəllimə bu cür tədbirlərin müzakirə və fikir mübadiləsi aparmaq baxımından əhəmiyyətli olduğunu qeyd edib.
