00:00:00
Yazar
Admin User
18.09.2024 16:45 311 1 dəq oxuma
Sosial

Təhsil xərcləri artırılır: Hansı yeniliklər gözlənilir?

Təhsil xərcləri artırılır: Hansı yeniliklər gözlənilir?

Gələn il təhsil xərcləri 8,7 % artırılaraq 4 milyard 945,8 milyon manata çatdırılır. Bəs, təhsilin hansı sahələrində yeniliklər, inkişaflar olacaq ?

Bu barədə "İnformator.az"a danışan elm və təhsil eksperti Rizvan Fikrətoğlu deyir ki, yeni artım və yeni dövr bizdən yeni nələrsə istəyir. Yeni texnologiyalar bizdən istənilir:

"Son illərdə Nazirliyin qurumları artırıldı. Tələbələrin sayı artır. Yeni texnologiyalar bizdən istənilir. Yeni infrastruktur, yeni təmirli məktəb, müəllimlərə yüksək maaş və s. təhsil səviyyəsini standart saxlamır. Bütün bunlarla yanaşı təhsil xərcləri də, artmalıdır ki, biz bu yeni olanları öhdələyə bilək. Dövlətimizdə təhsil üzrə çox irəliləyişlər var. Həm maddi həm mənəvi hiss olunur. Pulsuz təhsilin çoxalması təhsilə olan qayğıdır. Yeni açılan Qarabağ Universiteti, Türkiyə-Azərbaycan Universiteti təhsilə olan qayğıdan irəli gəlir".

Nigar Səmədli 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər