Tibb işçilərinin əməkhaqlarının artırılması səhiyyə xidmətlərinin keyfiyyətini yüksəldəcək
“Əməkhaqlarının artırılması tibb işçilərinin fəaliyyətinə əlavə stimul yaradacaq”
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında deputat Əziz Əzibəyli bidlirib ki,İlk növbədə qeyd edim ki, bu, çox önəmli bir qərardır:
“Çünki tibb sahəsində çalışan vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması dövlətin diqqət mərkəzində saxladığı əsas məsələlərdəndir. Ümumiyyətlə, respublikamızda tibb xidmətlərinin yaxşılaşdırılması və bu sahədə çalışan insanların sosial rifahının yüksəldilməsi prioritet istiqamətlərdən biridir.Xüsusilə,bunu koronavirus pandemiyası dövründə də gördük. Həmin dönəmdə risk qrupuna aid olan tibb işçilərinin əməkhaqlarının artırılması, onlara maliyyə dəstəyinin göstərilməsi və digər tədbirlər onların fəaliyyətinin daha yüksək səviyyədə həyata keçirilməsinə hesablanan addımlar idi”.
Əziz Əzizbəylinin sözlərinə görə, tibb sahəsində çalışan insanlar dövlət üçün strateji əhəmiyyət daşıyan sahənin nümayəndələri kimi qəbul olunur:
"Əhalinin sağlamlığının yüksək səviyyədə təmin olunması bilavasitə bu sahədə çalışan insanların motivasiyasından və peşəkarlığından asılıdır.Eyni zamanda, respublikamızda səhiyyə
infrastrukturunun yaxşılaşdırılması, müxtəlif bölgələrdə yeni tibb müəssisələrinin istifadəyə verilməsi və onların müasir avadanlıqlarla təchiz olunması istiqamətində ciddi işlər görülür. Vətəndaşların tibbi xidmətlərə əlçatanlığının təmin olunması da diqqət mərkəzindədir".
Əziz Əzizbəyli qeyd edib ki,mənim deputat seçildiyim 29 saylı dairədə də bu istiqamətdə görülən işlər təqdirəlayiqdir:
"Zabrat qəsəbəsində poliklinikanın əsaslı təmir olunması, Nardaran qəsəbəsində Sağlamlıq Mərkəzinin zəruri avadanlıqlarla təchiz edilməsi mühüm nəticələrdəndir. Bu addımlar vətəndaşların daha keyfiyyətli tibbi xidmətlərdən yararlanmasına imkan yaradır.Bu baxımdan, tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı qərarı alqışlayıram. Əminəm ki, bu addım həkimlərimizə əlavə stimul verəcək və nəticə etibarilə səhiyyə sahəsində göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə töhfə verəcək".
Nurgün Qənizadə