00:00:00
Yazar
Admin User
13.07.2023 12:31 261 1 dəq oxuma
Sosial

“Ətin qiyməti payızda bahalaşacaq"

“Ətin qiyməti payızda bahalaşacaq"

Ətin qiymətində yenidən artım gözlənilir. Əsas səbəb kəndlinin tövləsindən başlayır. Örüş yox, yem qiymətləri baha, heyvandarlıqla məşğul olanların sayı da getdikcə azalır. Mütəxəssislər təcili tədbir görülməlidi deyirlər.

 

Ekspertlər heyvandarlığın təşkilində köklü problemlərin olduğu qənaətindədilər. Deyirlər ki, yem bazasının zəif, şəraitin əlverişli olmaması təsərrüfatda heyvanların tələf olmasına gətirib çıxarır. Eyni zamanda örüş sahələri də getdikcə azalır. Bu da maldarlıqla məşğul olanları sıradan çıxarır. Beləcə, maya dəyərinin artıb, təklifin azalması qiymətlərə təsirsiz ötüşmür.

 

Ekspert Cəfər İbrahimli deyir ki, son iki ildə pandemiya sonrası yem qiymətlərinin həddindən artıq kəskin yüksəlməsi nəticəsində fermerlər zərərlə işləyirlər: “Zərərlə işləyəndə fermer burdan gəlir əldə edə bilmirsə, təsərrüfatdakı heyvan sayını azaltmağa məcbur olur. Azaltdığı zaman damazlıq dediyimiz heyvanlar da kəsimə gedir. Eyni zamanda mənfəət əldə emək və zərəri azaltmaq üçün baş sayını azaldır. Bu proses baş verəndə 6-7 ay sonra ətlə bağlı problemlər başlayır və bu problemləri həll eləmək üçün 2-3 il vaxt lazım olur”.

 

Belə olan halda mütəxəssislər çıxış yolunu yalnız məhsuldar heyvanların sayını artırıb, fermerlər üçün şəraitin yaradılmasında görürlər. Bu problemlər həll olunmadığı müddətdə qiymətlərin artmamasını gözləmək yersizdir deyirlər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər