Titan faciəsindən son anda qurtuldular
Las-Veqaslı milyarder Cey Blum və oğlu Sean ölümcül Titanik səyahətinə çıxmağı planlaşdırsalar da, son anda qərarlarından vaz keçiblər.
İnformator.az CNN-ə istinadən xəbər verir ki, Blumun oğlunun dostu səyahətdə xoşagəlməz halların ola biləcəyini araşdırıb və bu, Seanı qorxudub. İndi hər ikisi özlərini şanslı hesab edirlər.
CNN İnternational-da yer alan xəbərə görə, Cey Blum və oğlu Sean planlaşdırılan səfərdən əvvəl sualtı qayığın okeanın dərinliklərinə qədər səyahət edə bilməsindən narahat olduqlarını bildiriblər. Sean atasına gəminin okeanın bu qədər dərinliyinə uğurla çatacağını düşünmədiyini söyləyib.
Ata-oğul xəbərləri izlədikdən sonra belə bir təcrübəyə bir daha cəhd etməyəcəklərini bildiriblər.
