Titaniki görməyə gedən sualtı qayıqdan hələ də xəbər yoxdur
Titaniki ziyarət etmək məqsədi ilə yola çıxan "Titan" sualtı qayığından bazar günündən bəri xəbər yoxdur.
İnformator.az xarici KİV-ə istinadən xəbəbr verir ki, itkin düşən sualtı qayıqda 5 nəfər olub. Amerika Sahil Mühafizəsi okeanın təxminən 20 min kvadrat kilometrlik ərazisində axtarışlarını davam etdirir. Axtarışlara görə, Titan sualtı gəmisinin Nyufaundlendin paytaxtı Sent Consdan təxminən 1450 kilometr şərqdə və 643 kilometr cənubda olduğu düşünülür.
Xatırladaq ki, sualtı qayıqla əlaqə 1 saat 45 dəqiqə sonra kəsilib və bu günə kimi ondan xəbər almaq mümkün olmayıb.
Xumar
