00:00:00
Yazar
Admin User
12.12.2025 16:33 103 1 dəq oxuma
İdman

Tək günahkar Nəriman idi?

Tək günahkar Nəriman idi?

"Məğlubiyyətin əsas səbəbi və "Ayaks" qarşısında çatışmazlıq 70-ci dəqiqədən sonra baş verənlərdir. 70-ci dəqiqədən sonra komandamız əvvəlki mübarizəni göstərə bilməyib".


Bu sözləri idman jurnalisti, şərhçi Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, "Qarabağ"ın əksər oyunçuları sona yaxın gücdən düşüblər:


" "Ayaks" çox təhlükəli əks-hücumlara çıxıb, biz isə hücuma keçərkən müdafiəyə qayıda bilmirdik. Xüsusən də bu özünü cinahlarda özünü göstərib. Dünən azarkeş dəstəyi çox yaxşı idi, çox fəal idilər. Biz əvvəlki oyunlarda adətən bu qədər coşqulu dəstək görməmişdik. "Qarabağ"ın ilk dəqiqələrdən vurduğu qollarda məhz azarkeş dəstəyi böyük rol oynayıb. Bu oyun bir daha "Qarabağ"ın qış transfer pəncərəsində güclənməsi lazım olduğunu göstərir. Tək start 11-lik ilə Çempionlar Liqasını oynamaq mümkün deyil. Sonradan meydana daxil olan oyunçular da bu səviyyəni davam etdirməlidir. "Qarabağ" yəqin ki, qış transfer pəncərəsini gücləndirəcək, əsas da mərkəz hücum üçün bu vacibdir".


Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər