00:00:00
Yazar
Admin User
06.07.2023 09:37 215 1 dəq oxuma
Sosial

Təkcə iyun ayında Yunanıstanda 57 geri çəkilmə hadisəsi

Təkcə iyun ayında Yunanıstanda 57 geri çəkilmə hadisəsi

Yunanıstanın miqrantları yenidən Egey dənizinə sıxışdırması halları tənqidlərinin diqqət mərkəzindədir. Qeyri-hökumət təşkilatı iyun ayı üzrə məlumat yayıb. Məlumata görə, təkcə iyun ayı ərzində 57 geri çəkilmə olub.

 

İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, Yunanıstan Egey dənizində insan hüquqlarının pozulmasına görə tənqidlərin mərkəzindədir.

 

Afinanın immiqrantlara qarşı geri itələmə siyasəti bu dəfə Norveç qeyri-hökumət təşkilatı Ege Boat Report tərəfindən açıqlanıb. 2023-cü ilin iyun hesabatına görə, Yunanıstan sahil mühafizəsi tərəfindən Egey dənizində 57 qeyri-qanuni itələmə qeydə alınıb. Bu hallarda uşaqlar, qadınlar və kişilər də daxil olmaqla 1242 nəfərə sığınacaq verilməsindən imtina edilib.

 

Geri itələmə hadisələrindən 10-u xilasetmə avadanlığı ilə həyata keçirilib. Bu hallarda 133 nəfər ümumilikdə 11 şişmə qayığa mindirilərək köməksiz vəziyyətdə dənizdə sürüklənib. Son üç ildə Yunanıstan qüvvələri tərəfindən 2289 halda 60 mindən çox miqrant Egey dənizinə geri qaytarılıb.

 

Bütün tənqidlərə və hesabatlara baxmayaraq, Afina administrasiyası geri çəkilmə hallarını rədd edir. Avropa Komissiyası isə Yunanıstanda sistematik insan haqları pozuntularına göz yummağa davam edir.

 

Aydan Qasımova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər