00:00:00
Yazar
Admin User
18.05.2018 09:36 1198 2 dəq oxuma
Media

Tələbə jurnalistlər üçün müsabiqə elan edilib

Çarxların həcmi 10 dəqiqədən az olmamalıdır.
Tələbə jurnalistlər üçün müsabiqə elan edilib

“İnnovativ Media” Jurnalistlərin Peşəkarlığının artırılmasına dəstək İctimai Birliyi tələbə jurnalistlər arasında “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin fəsadları ilə bağlı sosial çarx müsabiqəsinin təşkili” adlı müsabiqə elan edib. Müsbiqə QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir.  

Informator.az xəbər verir ki, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin fəsadları ilə bağlı sosial çarx müsabiqəsinin təşkili” adlı müsabiqəyə Dağlıq Qarabağ münaqişəsinin başlandığı 1987-ci ildən bu günə qədər baş verən siyasi prosesləri əhatə edən video materiallar qəbul edilir. Video materiallar ən azı bir xarici dilə tərcümə edilməlidir. Çarxların xronometrajı 45 saniyə-3 dəqiqə arasında olmalıdır. Videoçarxlar iyulun 15-ə kimi təqdim edilə bilər.

Video çarxların qiymətləndirilmə meyarları:

- Dağlıq Qarabağ münaqişəsinin başlanğıcından atəşkəs elan edilməsinə qədər olan dövrün əhatə olunması;
- Münaqişənin başlanmasından müasir dövrə qədər aparılan siyasi mübarizənin təsviri;
- Videomaterialın Azərbaycan həqiqətlərinin yayılması baxımından əhəmiyyəti;
- Hazırlanmış materialın peşəkarlıq səviyyəsi (mövzunu mümkün qədər geniş əhatə etməsi, xarici dilə tərcüməsi, videoardıcıllıq)

Müsabiqənin qaliblərini jurnalistika üzrə dərs deyən müəllimlər və ekspertlərdən yaradılmış münsiflər heyəti seçəcək.

Müsabiqədə ilk üç yeri tutan tələbələr pul mükafatı, digər iştirakçılar isə həvəsləndirici mükafat və diplomlarla təltif olunacaq. Müsabiqə QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir.

Qeyd: Bir tələbə müsabiqəyə birdən artıq çarx təqdim edə bilməz. Müsabiqədə iştirak etmək istəyən şəxslər jurnalistika üzrə təhsil alan tələbələr olmalıdır.

Hazırlanmış materialları gunelmurselli95@gmail.com ünvanına göndərə bilərsiniz.

Əlaqə: Günel Mürsəlli 050 334 31 52

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər