00:00:00
Yazar
Admin User
27.10.2023 16:21 304 2 dəq oxuma
Sosial

Tələbəlik və iş həyatı

Tələbəlik və iş həyatı

İnformator.az-ın budəfəki qonağı AZTU İnformasiya Texnologiyası Təhlükəsizliyi (Az sektor) fakültəsinin tələbəsi Cəlil Rəhmanzadədir.

 

O, həm işləyib, həm təhsil almağın çətinliklərindən, iş mühiti və rejimindən danışıb:

 

İş saatınız nə qədərdir?

 

9 saatdır.

 

Həftədə neçə gün işləyirsən? İcazə günləri nə qədərdir?

 

Həftədə 6 gün, 17:00-02:00 arası işləyirəm, 1 gün isə istirəhət günümdür. Bəzən də elə olur ki, bayramda neçə gün işləyirsənsə, bir o qədər də istirahət günü götürə bilirsən. Bu səbəbdən, lazım olanda 2-3 gün də bayramda işlədikdə istirahət götürmək olur.

 

Götürüldüyünuz iş üzrə çalışırsınız, yoxsa əlavə istəklərlə də qarşılaşmısınız?

 

7 ay əvvəl ilk dəfə gələndə kompüter almaq üçün mənə full time iş lazım idi. Mən də 22:00-07:00 arası gecə növbəsinə işə girdim. İşə götürülən zaman satıcı-kassir olaraq işə qəbul oldum. Qastronom, şirniyyat hissəsi, meyvə, quru və qeyri-qida, yəni, təxminən, hər şeyə baxıram, amma əsas olaraq, kassadayam.

 

Nə qədər maaş verilir və bu sizi qane edirmi?

 

Maaş 445 Azn-dır. Qane etməyinə edir, amma superdir deyə bilmərəm.

 

Bəs dərslərinizi çatdıra bilirsiniz? Yəni işiniz dərslərinizə mane olur?

 

Keçən il işə qəbul olanda dərsim günorta növbəsi olduğu üçün gecə növbəsinə işə qəbul oldum. 22:00-07:00 arası işləyirdim, sonra evə gəlib 1-2 saat yatırdım. Sonra saat 11:00-da hazırlaşıb universitetə gedirdim. Gecə universitetdən gələndə bir az, əsasən isə, avtobusda diksinə-diksinə yatırdım. Ümumiyyətlə, vaxt tapan kimi yatmağa çalışırdım. 1 kəsrim olduğu üçün öz pulumdan 35 manat vermişdim. Onun xaricində qayıblarım normal idi, çünki səhər dura bilirdim. İndi də qayıblarım var, ama bir təhər çatdırıram. Yayda daha rahat idi, çünki ancaq işləyirdim. İndi səhər növbəsiyəm. Sadəcə olaraq, indi axşam yatıb səhər durmaq daha çətindir.

 

Aydan Qasımova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər