00:00:00
Yazar
Admin User
26.09.2023 17:17 829 1 dəq oxuma
Sosial

Tələbələrə Heydər Əliyev adına təqaüd veriləcək

Tələbələrə Heydər Əliyev adına təqaüd veriləcək

Təhsildə yüksək nailiyyətləri ilə fərqlənən tələbələrə “Heydər Əliyev adına təqaüd”ün təyin edilməsi məqsədilə universitetlərdə müsabiqə komissiyaları yaradılacaq. İnformator.az-ın növbəti müsahibi təhsil eksperti İlqar Orucovdur.

 

-Sözügedən komissiyanın dəyərləndirmə kriteriyaları nələrdir? Yəni təhsildə fərqlənən tələbə dedikdə hansı üstünlüklər nəzərdə tutulur?

-Təhsildə yüksək nailiyyətləri ilə fərqlənən tələbələrə “Heydər Əliyev adına təqaüd”ün təyin edilməsi məhz cənab prezidentin imzaladığı sərəncam əsasında gerçəkləşəcək. Təhsildə yüksək nailiyyətlər əldə etmiş bakalavr pilləsində təhsil alan 100 tələbə üçün hər birinə 3 min manat olmaqla Heydər Əliyev təqaüdü veriləcək. Bununla bağlı Elm və Təhsil Nazirliyinin qərarı əsasında komissiyalar yaradılıb. Müsabiqənin ən böyük şərti tələbənin oxuduğu dövr ərzində nailiyyətlərinin yüksək olmasıdır. Mən əminəm ki, bizim universitetlərdə bu cür tələbələr var. Hesab edirəm ki, Heydər Əliyev adına təqaüd uğrunda kifayət qədər ciddi, qızğın mübarizə olacaq. Tələbənin oxuduğu dövr ərzində əldə etdiyi nailiyyətlər əsas götürülərək namizədlər təyin olunacaq.

 

Sayad Qoşnalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər