Tələbələrin iş tapmamasının səbəbi seçdikləri ixtisasdır
“İxtisas seçimi zamanı tələbələr yalnız topladığı bal üzrə ixtisas seçir. Universitetə qəbul olduqdan sonra isə, sevmədiyi bir ixtisasda təhsil alarkən, tələbə dərslərini yaxşı oxumur, ortalama göstəriciləri aşağı düşür”.
Bu sözləri İnformator.az-a açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib. Ekspertin sözlərinə görə, tələbələr ixtisaslarının mütəxəssisi ola bilməyəcəklərinə görə də, məzun olduqdan sonra əmək bazarında iş tapmalarında çətinliklər yaranır.
“İş tapmayanda da şikayət edirlər ixtisasımıza uyğun iş tapa bilmirik. Tələbələrin iş tapmamasınln səbəbi, bala görə seçdiyi ixtisasdır. Universitetlər tələbələrin maraqlarını, müasir tələblərə cavab verəcək üsulları nəzərə alaraq tədris prosesini yeniləməlidir. Yeni ixtisaslar yaradılarkən, onların əmtəə bazarının tələbinə uyğunluğu nəzərə alınmalıdır”.
Nərgiz Orucova
