00:00:00
Yazar
Admin User
31.08.2023 11:55 540 2 dəq oxuma
Sosial

TƏLİM KEÇMƏYƏN TAKSİ SÜRÜCÜLƏRİNİ NƏ GÖZLƏYİR?

TƏLİM KEÇMƏYƏN TAKSİ SÜRÜCÜLƏRİNİ NƏ GÖZLƏYİR?

   Taksi fəalliyyətində xidmət səviyyəsini artımaq və yaşanan çatışmazlıqları aradan qaldırmaq üçün təlimlərə başlanılıb. 5 günlük təlimlərdə sürücülərə müxtəlif istiqamətdə dərslər keçirilir və sonda onlar öyrəndiyi biliklər üzrə imtahan verirlər. Onu da bildirək ki, oktyabrın 1-dən sözügedən təlimləri keçməyən avtomobil sürücülərinin fəlaiyyətinə qadağa qoyulacaq.

  Taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi, həmçinin oktyabrın 1-də qüvvəyə minəcək qanunvericiliyin tələblərinə görə təlimlərə başlanılıb. Tədris prosesinə yüksəkixtisaslı, təcrübəli müəllim heyəti və təlim ustaları cəlb olunub. Ekspertlər qanun layihəsinin icrası məqsədilə başlanılan bu cür yoxlamaların önəmli olduğunu bildirir. Nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə, sözügedən təlimlər taksi fəaliyyəti sahəsində xidmət keyfiyyətini artırmaqla yanaşı, mövcud olan bir sıra çatışmazlıqları aradan qaldırmağa da kömək edəcək. “Əslində o qanun indiyə qədər də var idi. Sadəcə olaraq buna səthi yanaşılırdı. Yanvarın 1-nə qədər hardasa möhlət verilib ki, bu vaxta qədər kim istəsə öz fəaliyyətini uyğunlaşdırsın. Amma yanvarın 1-dən sonra xüsusi hazırlığı keçmədən taksi fəaliyyətiylə məşqul olmağa görə hətta cərimə də nəzərdə tutula bilər. İşləyə-işləyə həmin proqramlardan gedib keçsinlər. Təlimlərin yekununda bilirsiniz ki, yoxlama olacaq. O imtahandan müsbət keçən və həmin o sənədi alan sürücülər gələcəkdə heç bir problemsiz taksi fəaliyyətilə məşqul ola biləcəklər”.

   AYNA-nın mətbuat katibi Tural Orucovun sözlərinə görə, təlimlər həm praktiki, həm də nəzəri olaraq müxtəlif istiqamətlərdə həyata keçirilir. Proqrama sürücü və sərnişinlərin hüquq və vəzifələri, nəqliyyat vasitələri və sürücülərə dair tələblər, müasir texnologiya və proqramlardan istifadə, sürücünün iş və istirahət rejimi normalarına riayət olunması, ilk tibbi yardımın göstərilməsi kimi mövzular daxildir. “Avtomobil nəqliyyatı haqqında qanuna əsasən taksi-minik avtomobilləri sürücüləri etik davranış, eyni zamanda avtomobil nəqliyyatı ilə sərnişindaşımanı tənzimləyən normativ hüquqi aktlara dair xüsusi təlim keçməlidirlər. Taksi fəaliyyətilə məşqul olmaq istəyən istənilən şəxs, həm taksi şirkətlərinin nümayəndələri, eyni zamanda fərdi qaydada taksi fəaliyyətilə məşqul olmaq istəyənlər, heç bir məhdudiyyəti yoxdur. AYNA-ın 1181 qısa nömrəsinə müraciət edərək təlimlərə gəlib qoşula bilərlər”.

   Tədris kabinetləri və təlim meydançasında aparılan məşğələlər 5 günü əhatə edir. İlk 4 gün sürücülərə nəzəri və praktiki biliklər tədris olunur. Təlimlərin sonuncu günündə imtahanlar keçirilir. Sözügedən imtahanları uğurla bitirən taksi sürücülərinə 7 il müddətində qüvvədə olan şəhadətnamə verilir.

VÜSALƏ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər